XX əsrin 60-ci illərində Azərbaycanın yeni tarixində tale yüklü yeni bir hadisə baş verdi. Bu həmin dövr idi ki, Azərbaycan keçmiş İttifaq respublikaları arasinda ən geridə qalan respublika sayılırdı. İqtisadi, siyasi, mədəni həyatında kəskin durğunluq yaşanırdı. Məhz belə çətin dönəmdə 1969-cu il İyulun 14-də Ümummilli lider Heydər Əliyevin Azərbaycan KPMK -nin birinci katibi vəzifəsinə seçilməsi ilə ölkənin həyatinda yeni dövr başlandı. " Qoy ədalət zəfər çalsın" şüarı ilə Ulu öndər ilk cəsarətli çıxışını etdi və İttifaq miqyasina səs saldı. Məhz həmin tarixdə respublika bütün sahələr üzrə köklü islahatlar və surətli inkişaf yoluna qədəm qoydu. Nəticədə ən geridə qalmış respublikadan ən qabaqcıllar səviyyəsinə qalxan və surətli inkişaf yolu keçən Azərbaycan keçmiş İttifaqın iki donor respublikasından birinə çevrildi. Məhz o illərdə sənaye, kənd təsərrüfatının böyük sürətlə inkişafı təmin olundu. Yüngül və ağır sənaye, neft sənayesində böyük işlər görüldü. Bütün bu uğurlar indi müstəqil Azərbaycanın inkişafına xidmət edir. Bütün ölkədə abadlıq, quruculuq işləri aparıldı. Qısa müddət içərisində respublikada yüzlərlə zavod, fabrik, istehsalat sahələri yaradıldı. Bu çox mühüm istehsalat sahələrinə görə Azərbaycan Sovet İttifaqında aparıcı yerlərdən birini tuturdu. Məsələn: Respublikada istehsal olunan 350 adda məhsul dünyanın 65 ölkəsinə ixrac olunurdu. Həmin illərdə sənaye məhsullari öz həcminə görə əvvəlki 50 ildəkinə bərabər idi. Bir sözlə, Azərbaycan nəhəng tıkinti meydanını xatırladırdi. İqtisadiyyatımızin nuvəsini təskil edən fabriklər, zavodlar, nəhəng sənaye obyektləri, iri İstehsal kompleksləri su anbarlari, dəryacalar, Kür su kəməri, yaşıllıq zonalari, istirahət ocaqları, neçə-neçə yollar Heydər Əliyev zəkasının, onun yorulmaz fəaliyətinin, bütün varlığına hopmuş vətən sevgisinin nəticəsi idi. Məhz o dövrdən başlayaraq xalqin tarixi, keçmişinə də maraq artdi. Bu sahədə bir oyanış başlandı. Güclü kadr potensialı, nadir ixtisaslar üzrə mütəxəssislər ordusunun yaradılması bu baximdan xüsusilə diqqət çəkir. Həmin illərdə iqtisadiyyatin çoxşaxəli inkisafina uygun olaraq respublikanin ali və orta təhsil şəbəkəsi genişləndirildi. SSRİ-nin 170 qabaqcil məktəblərinə 3500 azərbaycanlı gənc göndərildi. Hər il Azərbaycandan kenara 800 telebe yola salınırdı. Hərbi təhsilin inkişafına xususi diqqət yetirilirdi ve Heydər Əliyevin qətiyyəti ilə Bakida ilk hərbi məktəb açıldı. 80-ci illərin əvvələrində Moskvaya yuksək vəzifəyə irəli cəkiləndən sonra Heydər Əliyev Azerbaycanin milli dövlətçilik maraqlarini daha yüksek səviyyədə mudafiə etməyə başladi. 1993 ildə onun hakimiyyətə qayıdışı ilə milli idealogiyamizin əks olunduğu dövlətçilik konsepsiyası işlənib hazirlandi. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994 -ci ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cu il Sentyabrın 20 isə xarici ölkələrin neft şirkətiləri ile Xəzərin neft ve qazla zəngin strukturlarının işlədilməsi barədə "Əsrin müqaviləsi" adli tarixi sənəd imzalandi. Bununla da Azərbaycanın iqtisadiyyatınin daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Heydər Əliyevin rəhbərliyi altinda hazırlanaraq 1995-ci ildə keçirilən Ümumxalq referendumunda qəbul edilən Azerbaycan Respublikasının Konstitusiya si demokratik, dünyəvi, huquqi ve unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu.Azərbaycanın gələcək inkişafına ünvanlanmış strateji əhəmiyyətli bütün işlərə Heydər Əliyev şəxsən özü başçılıq edirdi və sanki zamani qabaqlayaraq XXI ci yüzilliyin Azərbaycani üçün çalışırdı. Bəli, Heydər Əliyev zamanin fövqündə duran, bir çox hallarda onu qabaqlayan nadir tarixi şəxsiyyət, görkəmli dövlət xadimi idi. Elə bu səbəbdən də Azərbaycan xalqı Heydər Əliyevi, bu tarixi şəxsiyyətin adi ilə bağlı olan hər anı sonsuz sevgi və sayqi ilə qeyd edir. Azərbaycanın liderinin NATO, ATƏT, Aİ kimi beynəlxalq qurumların işində də fəal iştirakı da heç şübhəsiz Azərbaycanın xarici siyasətinin uğurları və ölkəmizin nüfuzunun göstəricisi sayila bilər. Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasinin əsaslarıni qoyanlardan biridir. Onun bu sahədə ki, zəngin təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ulu Öndərin dövlət idarəçilik məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş Prezidentimiz İlham Əliyevin attığı addımlar da Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmisdir. Qazanılan hər bir uğur isə Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ümummilli liderin qeyd etdiyi " Azərbaycan dünyaya günəş kimi dogacaqdir " fikri artıq oz əksini tapmaqdadır.Reyhan Əliyeva,Xocalı rayon ziyalısı